loading...
XƏBƏR LENTİ
Sabah yağış yağacaq
18 sentyabr 15:04
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Ağasəlim Mircavadov Heydər Əliyevin zəngindən danışdı

Sosial şəbəkələrdə eks prezident Heydər Əliyevin Azərbaycan millisinin Fransaya səfərdə 10:0 məğlubiyyətindən sonra yığmanın o vaxtki baş məşqçisi Ağasəlim Mircavadova zəng edərək, “Ağasəlim, Fransaya qapıçı aparmamışdız?” – deyə soruşması barədə məlumat yayılıb. Bu, sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanaraq geniş müzakirələrə səbəb olub.

Ağasəlim Mircavadov açıqlamasında yayılan məlumatları təkzib edərək Heydər Əliyevlə bağlı xatirələrini danışıb:
“Elə söhbət olmayıb. Mən Heydər Əliyevlə SSRİ dövründə görüşmüşəm. Sonuncu dəfə onunla 2000-ci ildə Şəmkirlə ikinci dəfə çempion olanda görüşdüm. Onda Heydər Əliyev QRES-in açılışına gəlmişdi. Orda mən ona nəvəsi üçün şərf və top hədiyyə etdim. Həmin görüşdə o məni tanıdı. Mənə dedi ki, mən 69-cu ildə birinci katib olanda səndə Neftçinin futbolçusu idi. Məndə dedim ki, bəli, siz haqlısız. Bundan başqa 82-ci ildə də iki dəfə onunla görüşmüşəm. O, çox hafizəli adam idi. Allah ona rəhmət eləsin. Əsasən yerli futbolçulara, məşqçilərə daha çox önəm verirdi”.

Mən indiki prezidentimiz cənab İlham Əliyevlə iki ildə üç dəfə görüşmüşəm. Həm “Neftçi”, həm də “Xəzər Lənkəran”la Birlik kubokunu udanda prezidentimiz bizi qəbul edib. Həmin görüşlərdə İlham Əliyev o vaxtı atasının etdiyi söhbətləri bizə deyirdi. Amma Fransa məsələsi yalandır. Bilirsiz, camaat indi qalıb bilmir ki, necə qəmbərqulu çıxartsın”.

Xatırladaq ki, 6 sentyabr 1995-ci ildə AÇ-1996-nın təsnifat mərhələsi çərçivəsində Fransa Azərbaycanı 10:0 hesabı ilə məğlub edib. Bu görüş futbol tariximizə “Oser faciəsi” kimi düşüb.

Bölmə: İdman | 03 aprel 2014 05:35 | Baxış sayı: 3799





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: