BolgeXeber.Com » Gündəm » Səhiyyə işçilərinin əmək haqları artırılıb

Səhiyyə işçilərinin əmək haqları artırılıb

14-09-2010, 02:45
Oxunub: 6 195
Artım 140 mindən artıq səhiyyə işçisinə şamil olunacaq

Prezident İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. “Bolgexeber”-in xəbərinə görə sənədə əsasən səhiyyə müəssisələrində işləyənlərin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılır. Maliyyə Nazirliyindən verilən məlumata görə, artım 140 mindən artıq səhiyyə işçisinə şamil olunacaq.