BolgeXeber.Com » Media » Sabahdan “Xural” hər gün cıxacaq

Sabahdan “Xural” hər gün cıxacaq

19-09-2011, 16:50
Oxunub: 3 733 Azərbaycanın müxalif yönlü qəzetlərindən biri kimi tanınan “Xural” qəzeti sabahdan gündəlik yayıma keçir.

“Bolgexeber.com-un məlumatına görə, artıq qəzetin gündəlik yayıma keçməsi ilə bağlı bütün hazırlıqlar görülüb. Qəzetin yeni əməkdaşları sabahkı nömrənin hazırlanması ilə məşğuldur.

Qəzetin baş redaktoru Əvəz Zeynallı gündəlik nəşr ediləcək “Xural”a yeni tanınmış imzalar da cəlb edib. Belə ki, oxucular qəzetdə tanınmış yazarlar Seymur Baycan, Elnur Astanbəyli, Mirzə Sakit, Anar Niftəliyev, Razi Abasbəylinin və digərlərinin yazıları ilə tanış olacaqlar.

Anar Niftəliyev, həmçinin qəzetə redaktor təyin edilib.

Qeyd edək ki, son günlər “Xural” ilə Mətbuat Şurası arasında gərginlik hökm sürür. Şura qəzetin adını ondan edilən şikayətlərlə bağlı qara siyahıya daxil edib. Qəzet isə Mətbuat Şurasını məhkəməyə verir. Tərəflər bir-birlərini qarşılıqlı şəkildə ittiham edirlər.