BolgeXeber.Com » Siyasət » “Jalə” Avropada yararsız elan edildi

“Jalə” Avropada yararsız elan edildi

21-09-2011, 16:35
Oxunub: 5 663 “Gilan Holdinq”ə məxsus Qəbələ Konserv Zavodunun istehsalı olan “Jalə” şirələrinin Avropaya ixrac edilən partiyaları geri qaytarılıb

Azərbaycanın “Gilan Holdinq” Şirkətinin ixrac üçün istehsal etdiyi yüksək keyfiyyətli məhsullar xaricdə rəsmən yararsız elan edilib. Holdinqə məxsus Qəbələ Konserv Zavodunun istehsalı olan “Jalə” şirələrinin Avropaya ixrac edilən partiyaları geri qaytarılıb. Buna səbəb şirələrin tərkibində insan sağlamlığı üçün zərərli olan zəhərli qalıqların (xərçəng xəstəliyinə səbəb olan konseregen maddələrin ) tapılmasıdır. Bu barədə “Yeni Müsavat”a məlumatlı mənbələrdən xəbər daxil olub. Mənbə bildirib ki, Avropa ölkələrində “Jalə”nin nümunələri laboratoriyadan mənfi rəy alıb və müvafiq qurumlar dərhal “Jalə”ni yığışdırıb geri qaytarıblar. Özü də Avropaya ixrac edilən şirələr “Zolotoy sad” brendi ilə xüsusi olaraq bu ölkələr üçün nəzərdə tutulub və yerli bazarlarda satılan şirələrlə müqayisədə çox keyfiyyətlidir.

Xatırladaq ki, “Jalə” şirələrinin Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “Gilan Holdinq”in Qəbələ Konserv Zavodunda istehsal olunduğu və Azərbaycanın şirə bazarında liderliyi ələ aldığı hamıya məlumdur.