BolgeXeber.Com » Dünya » Türkiyənin Anadolu Dövlət Universitetinin tanıtımı ilə bağlı tədbir keçirilib

Türkiyənin Anadolu Dövlət Universitetinin tanıtımı ilə bağlı tədbir keçirilib

21-09-2011, 16:40
Oxunub: 6 513 Bakı şəhərinin möhtəşəm otellərindən biri olan “Avropa” otelində Avrasiya-İnnavasiya inistutu və Türkiyə Modern Anadolu Eğitim Hizmətləri qrumunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin təşkilatı dəstəyi ilə bağlı tədbir keçirilib.

“BölgəXəbər” xəbər portalının Aran bürosuna açıqlama verən Avrasiya-İnnavasiya inistutunun rektor müavini Azər Hətəmov bildirdi ki, tədbirin məramı Türkiyənin Anadolu Dövlət Universitetinin tanıtımı idi. Tədbirin iştirakçıları əsasən Anadolu universitetində, Türkiyənin Azərbaycandan distant təhsilalma formasında, təhsilalma arzusunda olan hazırda Modern Anadolu Eğitim Hizmətlərinin Azərbaycan Respublikasındakı nümayəndəliyi nəzdində hazırlıq kurslarında dinləyici olan və həmçinin Vizyon kurs mərkəzinin Azərbaycanın bölgələrində hazırlıq kursunun dinləyiciləri eyni zamanda valideynlərinin iştirakı ilə düzənlənmişdir. Bu tədbirdə Anadolu Universiteti haqqında tanıtım çarxı göstərildi və Türkiyənin Anadolu Dövlət Universiteti ilə əməkdaşlıq edən Avrasiya-İnnavsiya inistutunun rektoru Fərhad Mehtiyev, Azərbaycanı tərk etmədən Türkiyənin Anadolu universitetini distant formada təhsil alınması barədə məlumat verdi. Həmçinin tədbirdə Azərbaycan Türkiyə İşadamları Birliyinin başqan yardımçısı Camal Yanqın və Türkiyə Məzunları İctimai Birliyinin sədri Çingiz bəy iştirak edirdi. Tədbirdə valideynlərin çoxsaylı sualları qrum rəhbərliyi tərəfindən cavablandırıldı. Bununla yanaşı Azərbaycanda distant formada təhsil alan tələbələrin çıxışları oldu. Həmçinin yüksək göstəricilər əldə edən tələbələr Fəxri Fərmanlarla təltif olundu.
Mərasim sonunda Azərbaycanın əməkdar artistləri İlqar Muradov və Aygün Bəylər öz mahnı tövhələri ilə tələbələri təbrik etdilər.

Peyman Sadıqov