Ailənin tək övladı həqiqi hərbi xidmətdən azad olunacaq?
23-09-2011, 17:50
Oxunub: 5 670
Azərbaycanda ailənin tək övladının həqiqi hərbi xidmətdən azad olunması məsələsinə dair parlamentə təkliflər qəbul olunsa da, bunun müzakirəsi gündəmdə deyil.
Bu barədə Bolgexebr.com-a millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirib.
““Hərbi çağırışın əsasları haqqında” qanunda qeyd olunub ki, ailənin tək övladına himayəsində 1-ci qrup əlil valideynləri olduqda hərbi çağırışdan möhlət hüququ verilir. Digər hallarda tək övladlar hərbi xidmət keçməlidirlər. Hazırda ailənin tək övladının hərbi xidmətdən azad olunması müzakirə mövzusu deyil”, - Novruzov deyib.
Komitə üzvü bildirib ki, qanuna magistraturaya daxil olanlara, yaxud daxil olmaq istəyənlərə və xaricdə təhsil alanlara möhlət hüququnun verilməsi ilə bağlı təkliflər irəli sürülüb.
“Bunlar ictimaiyyətdən gələn təkliflərdir. Bu təkliflər Komitəyə daxil olub və hazırda müzakirə mərhələsindədir”, - Novruzov qeyd edib.
Onun sözlərinə görə, təkliflər komitə tərəfindən qəbul olunarsa, onlar "Hərbi çağırışın əsasları haqqında" qanuna əlavə və dəyişikliklər barədə layihə şəklində parlamentin müzakirəsinə çıxarıla bilər.
Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov isə bildirib ki, parlamentin payız sessiyasında “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulub.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə