BolgeXeber.Com » İdman » "Atletiko" və "Bavariya" yarımfinalda

"Atletiko" və "Bavariya" yarımfinalda

10-04-2014, 04:55
Oxunub: 4 313 Bu gecə Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulub.

Son oyun günündə daha iki qarşılaşma baş tutub.

"Land of fire Azerbaijan" formalı "Atletiko" digər İspaniya təmçilçisi "Barselona"nı qəbul edib. Komanalar arasında ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından komandaların mərhələni adlamaq şansları bərabər hesab olunurdu. Matçın 5-ci dəqiqəsində hesabı açan Madrid təmsilçisi bu üstünlüyünü sonadək qoruyub və yarımfinala yüksəlib - 1:0.

Digər oyunda "Mançester Yunayted" səfərdə "Bavariya"nın qonağı olub. Bu komandaların da ilk oyunu 1:1 hesablı bərabərliklə başa çatdığından cütün taleyinə cavab matçında aydınlıq gələcəkdi. Rəqibini 3:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi yarımfinala adını yazdırmağı bacarıb.




9 aprel

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Barselona" (İspaniya) (İlk oyun - 1:1) - 1:0
Qol: Koke, 5 (1:0)

23:45. "Bavariya" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə) (İlk oyun - 1:1) - 3:1
Qollar: Evra, 57 (0:1), Mandzukiç, 59 (1:1), Müller, 68 (2:1), Robben, 76 (3:1)


8 aprel

"Çelsi" (İngiltərə) - PSJ (Fransa) (İlk oyun - 1:3) - 2:0
Qollar: Şürle, 32 (1:0), Demba Ba, 87 (2:0)

"Borussiya" (Dortmund, Almaniya) - "Real" (Madrid, İspaniya) (İlk oyun - 0:3) - 2:0
Qollar: Reus, 25 (1:0), 37 (2:0)

Matçın 17-ci dəqiqəsində "Borussiya"nın qapısına təyin edilən penalti zərbəsini Di Maria dəyərləndirə bilməyib. Onun zərbəsini qapıçı Vaydenfeller zərərsizləşdirib.