XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Putinin seksual qızı-Fotolar

Teleaparıcı Ksenya Sobçakın həyatı macəralarla doludur

Müxalifətin mitinqləri, evdə axtarış, siyasətçi İlya Yaşinlə münasibət, şou-biznes əhli ilə daimi mübahisələr və sairə.
Ksenya təəccübləndirməyi bacarır. Onun ən ekstravaqant addımı isə ötən ilin sentyabrında oldu. Ksenya Sobçak aktyor Maksim Vitorqana ərə getdi.

Bu gün bu parlaq cütlük ətrafında çoxlu söhbətlər dolaşır. Çünki onlar çoxlarının arzuladığı və bacarmadığı qədər parlaya biliblər. Doğrudur, cütlüyün münasibətlərində olan ilginc məqamlar sirr olaraq qalır. Biz sizə sadəcə bəzi detalları xatırladacağıq.

Sankt-Peterburq merinin qızı, ulduz teleaparıcı uzun müddət öz səadətini tapa bilmirdi. Ksenya Sobçak həyatında qəribə dönüşlər etmişdi. Qlamur sarışın, sərt intelektual, müxalifət mitinqlərinin könüllüsü şəxsi həyatında və karyerasında həmişə müxtəlifliklər yaşayırdı.
Sobçak əvvəlcə rəqqas Yevgeni Papunaşvili ilə münasibət qurmaq istəyirdi. Daha sonra biznesmen Aleksanr Şusteroviçə ərə getməyə hazırlaşdı. Amma bu da alınmadı və növbəti kavaleri siyasətçi Sergey Kapkov oldu.

Müsahibələrinin birində Ksenya deyirdi: “Mən hesab edirəm ki, xoşbəxtlik sevgidədir. Və bir az da başqa şeylər. Doğrudur, məndə heç biri çatmır, hamıdakı kimi. Ümumiyyətlə, dünyada sevgi çox azdı. Xoşbəxtlik isə illüziyadır. Çünki bir an olur və yoxa çıxır. Göy qurşağı kimi. Çalışıram, xatırlayım ki, sonuncu dəfə nə vaxt xoşbəxt olmuşam...”

Heç nəyə baxmayaraq Sobçak şöhrət qazana bilir. Çoxsaylı televiziya layihələrinə, sonra isə siyasətə vaxtını sərf edən Ksenya sanki şəxsi həyatını unutmuşdu. Buna görə də sevgi ondan yan qaçırdı.

Və 2012-ci ildə Ksenya Sobçak müxalifətçi İlya Yaşinlə tez-tez birgə görünməyə başlayır. Hamıya elə gəlirdi ki, onlar bir-birini tamamlayır və bir-birilərinə yaraşırlar. Onlar birlikdə mitinqlərdə olur, siyasi məsələlər barədə fikirləri üst-üstə düşür, yaş fərqləri çox deyil...

Beləliklə, Sobçak və Yaşinin macərası bir müddət hamının diqqətində idi. Amma bir neçə ay sonra onları birlikdə görən olmadı. Və bu dəfə yeni söhbətlər yarandı. Ksenya dostunu atıb. Amma onu tanıyanlar bu dəfə də təəccüblənmədi. Artıq Ksenyanının diqqətini başqası cəlb etmişdi. Məşhur rejissor Emmanuel Vitorqanın oğlu Maksim Vitorqan.

İnqilabi romantika


Ksenya Sobçak ailəli olmamışdı. Amma həmin vaxt Maksim Vitorqan artıq evli olmuşdu. Onun birinci xanımı teatr aktrisası idi. İkinci ailəsi isə sənət adamı deyildi. Və bu evliliklərdən onun 3 uşağı vardı.

Onların həyatını dəyişən görüş müxalifətin mitinqində olur. Necə deyərlər, onları “inqilabi romantika” bir araya gətirmişdi. Mövcud hakimiyyətə qarşı mitinqdə polislərlə üzbəüz – sevgi üçün bundan romantik nə ola bilər? Cəmi iki ay bəs elədi ki, Ksenya və Maksim həmişəlik birlikdə olmaq istədiklərini anlasınlar.

Maksim Vitorqan Ksenya Sobçakın timsalında axtardığını tapmışdı. Ksenya həm də Maksim kimi “döyüş dostunu” tapmışdı.

Maksim münasibətləri haqda belə deyib: “Biz Ksenya ilə hərdən mübahisələr edirik. Çox sərt və hər şeyi dağıda biləcək mübahisə. Amma bu, kişi və qadının mübahisəsi deyil. Bu mübahisələr iki maraqlı adamın mübahisəsidir”.

Həmişə monotonluqdan qaçan Ksenya da Maksimin timsalında ikinci yarısını tapmışdı. Onunla birlikdə Ksenya heç vaxt darıxmırdı. Təsadüfi deyildi ki, müsahibəsində deyirdi: “Monotonluqla barışa bilmirəm. Bu, məni qıcıqlandırır, sulfat turşusu kimi. Mənim üçün sabahın bu günə bənzəyəcəyi bir həyat ölüm kimi bir şeydir. Mən istəyirəm özüm haqda daha çox bilim. Bilim ki, daha nəyə qadirəm? Nəyə istedadım çatar, nədən qorxaram? Adətən belə axtarışlar kişiləri qıcıqlandırır. Çünki belə qadınlar bir az əlçatmaz olur. Bu isə münasibətləri korlayır”.


Gizli toy


Maksim və Ksenya öz münasibətlərini o qədər gizli saxlamışdılar ki, onların toy xəbəri hamını çaşdırdı.
Maksim və Ksenya ilk dəfə ötən il yanvarın sonlarında birlikdə göründülər. Toya iki həftə qalmış. Ksenyanın Vitorqanın oğlu Danillə birlikdə kinoteatrda multfilm premyerasına yollanması jurnalistlərin diqqətindən yayınmadı və “şübhələr” yaratdı.
Bir neçə ay əvvəl siyasətçi İlya Yaşinin qollarında olan Ksenyanın bu addımı birmənalı qarşılanmadı.
Dərhal sonra Sobçak və Vitorqanın bloqlarında birgə şəkilləri peyda oldu. Belə başa düşülürdü ki, Ksenya və Maksim yeni ili birlikdə qarşılayıblar. Amma həmin vaxt heç kəsə deməmişdilər. Ətrafdakılar bundan yalnız bloqlardan xəbər tutdu.

Deyilənə görə, hətta Ksenya və Maksimin valideynləri də toy barədə sonda xəbər tutublar. Toy haqda məlumatı ilk olaraq Ksenyanın rəfiqəsi Nika Beloserkovskaya öz bloqunda yazıb. O, cütlüyü bu münasibətlə təbrik edən bloq yazıb və toy fotolarını paylaşıb.
Cütlük özü bu barədə toydan sonra da susurdu. Amma bununla yanaşı, onların birlikdə aktiv həyata atılmaları diqqəti cəlb edirdi.
Belə ki, toydan dərhal sonra cütlük İtaliyaya yollanır. Kiril Serebrekovun yaratdığı “Qoqol mərkəzi”nin açılışına. Bu, həm də onların bal ayı səyahəti idi. İtaliyada bal ayında çəkdirdikləri şəkillər isə çox cazibədar alınmışdı.

Bu gün Ksenya Sobçak və Maksim Vitorqan Rusiyanın ən cazibədar cütlüklərindən hesab olunur. Əvvəl-əvvəl hər şeyi publikadan gizlədən cütlük indi öz hisslərini hamının yanında izhar etməyə həvəs göstərir.
Ksenya isə öz bloqunda belə yazır: “Hər halda mənim ərim müəmmalıdır...”

Beləliklə, bir il əvvəl toy edən cütlük nikahlarının bir ilini qeyd etdi. Çoxları hesab edirdi ki, Ksenya kimi xarakterə malik biri bu qədər dözməz. Amma 2013-cü ilin ən sirli 10 toyu siyahısına düşən Sobçak və Vitorqan cütlüyünün nikahı gözlənildiyindən möhkəmdir.
Amma yenə də qəribəliklərlə doludur.

Toylarının bir illiyini cütlük çoxlarının gözlədiyi kimi dəbdəbə ilə qeyd etmədi. Həmin gün Ksenya sosial şəbəkədə belə yazmışdı: “Toyumuzun bir illiyini Maksimin teatrda məşqində qeyd edirik”.
Maksim isə buna özünəməxsus cavab verib: “Amma bir il əvvəl bu gün bizim istirahət günümüz idi”.
Amma bu yazışmaya baxmayaraq, axşam cütlük toylarının bir illiyini qeyd etmək üçün təkliyə çəkilə bilmişdi. Bunu isə həmin axşam Ksenyanın sosial şəbəkədə paylaşdığı tort şəkli sübut edirdi...












Bölmə: Fotoqalereya | 10 aprel 2014 08:50 | Baxış sayı: 34373





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: