BolgeXeber.Com » Media » Anar Məmmədov media holdinq qurur

Anar Məmmədov media holdinq qurur

24-09-2011, 13:10
Oxunub: 4 132 Ziya Məmmədovun oğlunun yaradacağı yeni holdinq Meredian Group adlanacaq

Ziya Məmmədovun oğlu Anar Məmmədov media layihəsinə start verir. Bu barədə məlumatlı mənbədən xəbər almışıq. Mənbənin verdiyi xəbərə görə, Anar Məmmədovun yaradacağı media-holdinq Meredian Group adlanacaq.

Holdinqə gündəlik «Meredian» qəzeti, eyni adlı agentlik, aylıq jurnal və «Meredian» mətbəəsi daxil olacaq.

Artıq Almaniyadan yeni mətbəə gətirilməsi barədə xəbərlər var. Agentliyə isə tanınmış jurnalistlərdən birinin - biz onun adını bilirik- başçılıq edəcəyi gözlənilir.

Bundan başqa eyni adlı telekanalın açılması da gözlənilir.
Sadəcə, hakimiyyətin ən yuxarı təbəqəsində buna şifahi razılıq verilsə də, yekun qərar hələ ki ləngiyir.