BolgeXeber.Com » İdman » "Yuventus", "Benfika", "Sevilya", "Valensiya" - 1/2 finalda

"Yuventus", "Benfika", "Sevilya", "Valensiya" - 1/2 finalda

11-04-2014, 04:45
Oxunub: 4 457 Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Cavab oyunları yarımfinalçıların adına aydınlıq gətirib. “Benfika” Hollandiyada məğlub etdiyi “Alkmaar”la öz meydanında qarşılaşıb. Səfərdə qalib gələn portuqaliyalılar, öz meydanlarında da hollandların qapısından 2 qol keçirərək yarımfinala vəsiqə qazanıblar. İtaliya “Yuventus”u da yarımfinala vəsiqə əldə edib. Turinlilər Fransada minimal hesabla qalib gəldikləri “Lion”u evdə də 2:1 hesabı ilə məğlub ediblər. İspaniyadakı matçlarda isə meydan sahibləri səfər yenilgisinin əvəzini çıxmağı bacarıblar. “Sevilya” “Porto”dan minimal hesablı məğlubiyyətin əvəzini yetərincə çıxıb və növbəti mərhələyə yüksəlib. Səfərdə 3:0 hesabı ilə məğlub olan “Valensiya” öz meydanında əsas vaxtda "Bazel"in qapısından 3 qol keçirib. Əlavə olunmuş vaxtda "Bazel"in iki oyunçusu kobudluğa görə meydandan qovulub. "Valensiya" isə daha 2 qol vuraraq yarımfinala yüksəlib. Avropa Liqası, 1/4 final, cavab oyunları 10 aprel “Sevilya” (İspaniya) - “Porto” (Portuqaliya) - 4:1 Qollar: Rakitiç, 5; Vitolo, 26; Bacca, 29; Gamerio, 79 - Quareşma, 90 Qırmızı vərəqə: Coke, 54 ("Sevilya") İlk oyun – 0:1
“Benfika” (Portuqaliya) - “Alkmaar” (Hollandiya) - 2:0 Qollar: Rodriqo, 39; 71 İlk oyun – 1:0
“Yuventus” (İtaliya) - “Lion” (Fransa) - 2:1 Qollar: Pirlo, 4; Marcishio, 68 - Brand, 18 İlk oyun – 1:0
“Valensiya” (İspaniya) - “Bazel” (İsveçrə) - 5:0 Qollar: Alcacer, 38; 70; 113; Varqas, 42; Bernat, 118 Qırmızı vərəqə: Diaz, 100 ("Bazel"), Sauro, 105 ("Bazel") İlk oyun – 0:3