BolgeXeber.Com » İdman » "Kral Kuboku"nu "Kral Klubu" qazandı - VİDEO

"Kral Kuboku"nu "Kral Klubu" qazandı - VİDEO

17-04-2014, 04:20
Oxunub: 3 802 İspaniya "Kral Kuboku"nun qalibi müəyyənləşib. Final matçında "Real" və "Barselona" qarşılaşıb.


Əzəli rəqibləri üz-üzə gətirəcən matç Valensiyadakı "Mestalla" stadionunda baş tutub. Hesabı 11-ci dəqiqədə "Real"dan Angel di Maria açıb. 68-ci dəqiqədə Mark Bartra bərabərliyi təmin edib. 85-ci dəqiqədə "Barselona"nın qapısına yol tapan Qaret Beyl "Kral Kuboku"nu "Kral Klubu"na qazandırıb.


Qeyd edək ki, 114-cü dəfə öz sahibini tapacan "Kral Kuboku"nu ən çox qazanan komanda "Barselona"dı. Kataloniya klubu indiyədək 26 dəfə kuboka sahib çıxıb. Onları 23 kubokla "Atletik" izləyir. "Real"ın muzeyində isə 18 "Kral Kuboku" var. "Real" və "Barselona" indiyədək 6 dəfə bu turnirin finalında qarşılaşıb və həyər 3 dəfə qalib tərəf olublar.