BolgeXeber.Com » Müsahibə-Reportaj » Sərhəddə əməliyyat

Sərhəddə əməliyyat

28-09-2011, 18:00
Oxunub: 5 075 Azərbaycan-Rusiya sərhəddində 100-dən çox şəxs tutulub

Daxili İşlər Nazirliyi «Sərhəd» şərti adı altında keçirilən kompleks əməliyyat-axtarış tədbirlərinin nəticələri barədə rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, 2011-ci il sentyabrın 19-dan 25-dək Rusiya və Azərbaycanın sərhədyanı rayonlarında «Sərhəd» şərti adı altında kompleks əməliyyat-axtarış tədbirləri keçirilib.

Tədbirlər nəticəsində Azərbaycanda axtarışda olan 50 nəfər tutulub. Həmçinin, Rusiya Federasiyasında axtarışda olan 30, şübhəli qismində isə 22 nəfər saxlanılıb. Qanunsuz saxlanan 7 avtomat silah, 5 tapança, 34 ədəd yivli və ov tüfəngi, 34 qumbara, 65 adda hərbi ləvazimat, 4000-dən çox müxtəlif çaplı patron götürülüb.

Bundan başqa, əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən 3 kiloqram 500 qrama yaxın müxtəlif növ narkotik vasitə çıxarılıb.