BolgeXeber.Com » Sosial » Çürüyən əsgərin atası etirazlara başladı

Çürüyən əsgərin atası etirazlara başladı

28-09-2011, 18:05
Oxunub: 4 543 Eldar Novruzovun ailəsi Mərkəzi Hosbitalın qarşısında etiraz aksiyası keçirib

Burnundan aparılan əməliyyatdan sonra üzündə çürümə gedən Azərbaycan ordusunun əsgəri 1992-ci il təvəllüdlü Eldar Novruzovun ailəsi Mərkəzi Hosbitalın qarşısında etiraz aksiyası keçirib. Əsgərin atası Qədir Novruzovun bolgexeber.com-a verdiyi məlumata görə, əsgərin ailə üzvləri Eldarın vəziyyətinin daha da pisləşdiyini nəzərə alaraq xəstəxananın qarşısına toplaşıblar.

Onlar Eldarın müalicəsinin Türkiyənin Gülhanə Hospitalında davam etdirilməyəcəyi təqdirdə öləcəyini bildiriblər. Əsgərin atasının sözlərinə görə, polislər etiraz aksiyasına mane olaraq əsgərin ailə üzvlərini oradan uzaqlaşdırıblar: “Oğlumun ağzından su gəlir. O bir neçə günə ölə bilər” .

Qeyd edək ki, ötən ilin aprelində hərbi xidmətə yola düşən əsgər Eldar Novruzovun tənəffüs sistemində yaranan problemi aradan qaldırmaq üçün burnunda aparılan əməliyyat uğursuz olur və əsgərin üzündə şişlər əmələ gəlməyə başlayır. Hazırda üzündə çürümə prosesi gedən Eldar Novruzovun xəstəliyinin müalicəsi Türkiyənin Gülhanə Hospitalındadır.