BolgeXeber.Com » İdman » Güləşçilərimiz 6 qızıl medal qazandılar - Video

Güləşçilərimiz 6 qızıl medal qazandılar - Video

21-04-2014, 06:00
Oxunub: 3 675 Güləşçilərimiz ilk gündə 6 qızıl, 7 gümüş və 7 bürünc medal qazanıb

Bakı Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb.

Turnirin rəsmi açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Mirkamil Rəhimov son illər Azərbaycanda idmanın sürətli inkişafda olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın müxtəlif növləri sürətlə inkişaf edir. Sevindirici haldır ki, bu sırada güləş xüsusi yer tutur. Yüksək nəticələrin davamı kimi, cari ildə Azərbaycanda idmanın güləş, gimnastika, taekvondo, atletika, cüdo və digər növləri üzrə irimiqyaslı turnirlər keçiriləcəkdir. Bu gün açılış mərasiminə toplaşmış bütün iştirakçılara uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm.

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov qeyd edib ki, Azərbaycanda güləş tarixən geniş yayılan qədim idman növlərindən biri olub. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilib. Baş katib yarışın əhəmiyyətini yüksək qiymətləndirib, pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətlərdən danışmışdır. O, idmanın bu növünün respublikamızda daim inkişafda olduğunu diqqətə çatdırıb.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Belarus, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, İran, Tacikistan, İsveçrə, Macarıstan, Latviya, Gürcüstan və Qırğızıstan güləşçiləri iştirak edirlər. Turnirin proqramına əsasən, ilk gündə yunan-Roma güləşi üzrə yeniyetmələr mübarizə aparıblar. Yeniyetmə yunan-Roma güləşçilərinin yarışında 100-dək idmançı 10 çəki dərəcəsində mübarizə aparıb. Güləşçilərimiz ilk gündə 6 qızıl, 7 gümüş və 7 bürünc medal qazanıb. Komanda hesabında Azərbaycan birinci, Türkiyə ikinci, İran isə üçüncü pillədə qərarlaşıb.

42 kq
FİNAL - Zaur Nuriyev - Elşad Məmmədov 3:1
Bürünc medal görüşü - İrakli Dzimistarişvili (GEO) - Fatih Arslan (TUR) 8:2
Bürünc medal görüşü - Ramin İsrailov - Kerem Kamal (TUR) 4:7

46 kq
FİNAL - Seymur Hüseynov - Mustafa Kalavi (IRI) 13:7
Bürünc medal görüşü - George Mepishvili (GEO) - Rəşad Abdulov 2:4
Bürünc medal görüşü - Ozan Tanga (TUR) - Nofəl Babayev 11:2

50 kq
FİNAL - Elgün Hüseynzadə - Kənan Cəfərov 3:1
Bürünc medal görüşü - Avazci Dogush (TUR) - Sahil Nadirli 3:4
Bürünc medal görüşü - Xancavad Məcidzadə - Beytekin Ugur (TUR) 14:6


54 kq
FİNAL - Meysam Dalkhani (IRI) - Orxan Ağamalıyev 1:1
Bürünc medal görüşü - Romani Lominadze (GEO) - Bəxtiyar Muradov 6:1
Bürünc medal görüşü - Ozturk Ekrem (TUR) - Kamran Mirzəliyev 9:0

58 kq
FİNAL - İsrafil Yaqubzadə - Ömer Murat Fırat (TUR) 0:5
Bürünc medal görüşü - Rafig Davudov - Eftehari Moghaddam (IRI) 5:13
Bürünc medal görüşü - Hosseini Mohammad H (IRI) - Rustam Isayev 3:0


63 kq
FİNAL - Lado Shavadze (GEO) - Arif Niftullayev 2:1
Bürünc medal görüşü - Haji Karakush (TUR) - Ülvi Qənizadə 2:10
Bürünc medal görüşü - Lakatos Tomas (HUN) - Alikasim Tashdemir (TUR) 0:8

69 kq
FİNAL - Tuncay Vəzirzadə - İslambek Dadov 0:4
Bürünc medal görüşü - Szel Balazs (HUN) - Ramazi Kvetenadze (GEO) 2:1
Bürünc medal görüşü - Nurlan Məmmədov - Murat Ozjan (TUR) 2:0

76 kq
FİNAL - İqbal Əliyev - Nicat Abdullayev 8:0
Bürünc medal görüşü - Ömər Məmmədov - Rəşad Mustafayev 0:5
Bürünc medal görüşü - Salih Aydin (TUR) - Dogukhan Kuru (TUR) 4:2

85 kq
FİNAL - Dominik Lajsz (HUN) - Bilal Enes (TUR) 3:1
Bürünc medal görüşü - Abbas Əliyev - Soslan Fanziyev 0:8
Bürünc medal görüşü - Oguzcan Karabulut (TUR) - Hamed Ahmadzadeh (IRI) 10:6

100 kq
FİNAL - Cavid Feyziyev - Cemaleddin Akbiyik (TUR) 5:3
Bürünc medal görüşü - Hamidreza Karimikehi (IRI) - Robert Ersek (HUN) 4:4
Bürünc medal - Georgi Marshania (GEO)

Komanda hesabı

1. AZƏRBAYCAN
2. Türkiyə
3. İran