BolgeXeber.Com » Gündəm » Çürüyən əsgər həyatını itirdi

Çürüyən əsgər həyatını itirdi

29-09-2011, 15:30
Oxunub: 6 417 İndi, bu da nəticə. Artıq heç nə yazmaq mümkün deyil. Bilmirik ki, buna nə ad vermək olar.


Burnunda aparılan əməliyyatdan sonra üzündə çürümə gedən Azərbaycan ordusunun əsgəri 1992-ci il təvəllüdlü Eldar Novruzov bu gün səhər ölüb.

Bu barədə Bolgexeber.com- a Eldarın atasının verdiyi məlumata görə, bu gün oğlu Türkiyənin Gülhanə Tibb Akademiyasına aparılarkən təyyarə yola düşməyə az qalmış keçinib. Qadir Novruzov bildirib ki, Hərbi Hospilada müalicə olunan oğluna yola düşməzdən əvvəl iynə vurublar. Atası bu iynədən sonra oğlunun vəziyyətinin daha da pisləşdiyi, rənginin saraldığını deyib.

Həyatını itirən əsgəri bu anlarda mərkəzi hospitala qaytarırlar. Qeyd edək ki, ötən ilin aprelində hərbi xidmətə yola düşən əsgər Eldar Novruzovun tənəffüs sistemində yaranan problemi aradan qaldırmaq üçün burnunda aparılan əməliyyat uğursuz olur və əsgərin üzündə şişlər əmələ gəlməyə başlayır. Üzündə çürümə prosesi gedən Eldar Novruzovun xəstəliyinin müalicəsi Türkiyənin Gülhanə Hospitalında olduğunu demişdi.

İndi, bu da nəticə. Artıq heç nə yazmaq mümkün deyil. Bilmirik ki, buna nə ad vermək olar.