BolgeXeber.Com » İdman » Çempionlar Liqasında yarımfinal həyəcanı

Çempionlar Liqasında yarımfinal həyəcanı

22-04-2014, 06:00
Oxunub: 4 516 Bu axşam Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək

İlk oyun gününə bir qarşılaşma nəzərdə tutulub. Madriddə baş tutacaq görüşdə "Atletiko"(İspaniya) və "Çelsi"(İngiltərə) klubları üz-üzə gələcək. 1/4 finalda "Barselona"nı mübarizədən kənarlaşdıran iddialı "Atletiko Madrid" "Çelsi" ilə ilk oyunda qələbə qazanmağa çalışacaq. "Çelsi"nin buna nə dərəcədə imkan verəcəyi böyük maraq doğurur. Oyunu isveçli hakim Jonas Eriksson idarə edəcək. Qeyd edək ki, yarımfinalın digər oyunu "Real" (Madrid) - "Bavariya" oyunu isə sabah axşam keçiriləcək.