BolgeXeber.Com » Sosial » Ehtiyatlı olun: bu dərman öldürə bilər!

Ehtiyatlı olun: bu dərman öldürə bilər!

29-09-2011, 15:45
Oxunub: 5 116 İngiltərədə 25 yaşlı qadın tərkibində parasetamol olan "Lemsip" preparatını qəbul edəndən sonra dünyasını dəyişib.]

"Lemsip Max" öskürək, zökəm və qızdırmaya qarşı dərmandır. Bolgexeber.com "Daily Mail"ə istinadən bildirir ki, 25 yaşlı Donna Bişop ölümündən 5 gün qabaq sinəsindəki ağrılardan narahat olaraq həkimə getmiş, həkim də ona zökəm olduğunu deyərək antibiotik preparatların qəbulunu nəzərdə tutan müalicə kursu yazmışdı.

Donna daha tez sağalmaq üçün tərkibində parasetamol olan dərmanları bol qəbul edib. Nəticədə onun qaraciyərində fəsadlar yaradıb və dünyasını dəyişib. İlkin rəyə görə, Donna Bişopun ölüm səbəbi onun "Lemsip Max" preparatını qəbul etməsi də ola bilər.
Stouport-Seven şəhərinin polisi olayla bağlı araşdırma aparır.