BolgeXeber.Com » İdman » Çempionlar Liqası: “Atletiko” – “Çelsi” - 0:0

Çempionlar Liqası: “Atletiko” – “Çelsi” - 0:0

23-04-2014, 06:15
Oxunub: 3 983 Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Məlumata görə, ilk oyun günündə baş tutan qarşılaşma Madriddə keçirilib.

İspaniya çempionatının lideri “Atletiko” öz meydanında “Çelsi”ni sınağa çəkib. Pireneylilər 2 il əvvəl Superkubokda 4:1 hesabı ilə darmadağın etdiyi İngiltərə klubundan üstün olduğunu bu dəfə də sübut etməyə çalışıblar.

Oyun "Atletiko"nun böyük ərazi üstünlüyü şəraitində keçib. Amma madridlilərin bütün cəhdlərinə baxmayaraq, hesab açılmayıb.

Qeyd edək ki, cavab oyunu aprelin 30-da Londonda baş tutacaq.

22 aprel
Çempionlar Liqası
Yarımfinal, ilk oyun

“ATLETİKO” (İspaniya) – “ÇELSİ” (İNGİLTƏRƏ) - 0:0
Baş hakim: Yonas Eriksson (İsveç)
Madrid. "Visente Kalderon" stadionu