BolgeXeber.Com » Müsahibə-Reportaj » Elmira Axundova: “Məktəb direktoru hər bir şagirdin ailəsindən 150 manat yığmaqla məktəbi təmir edib”

Elmira Axundova: “Məktəb direktoru hər bir şagirdin ailəsindən 150 manat yığmaqla məktəbi təmir edib”

30-09-2011, 17:30
Oxunub: 5 378 Milli Məclisin payız sessiyasında təhsil haqqında qanun layihəsi ilə bağlı müxtəlif fikirlər səsləndirilib

Bolgexeber.com-un məlumatına görə, millət vəkili Asim Mollazadə peşə təhsil sisteminin iflasa uğradığını söyləyib. Elmira Axundova isə təhsil ilə bağlı qanunvericilik sahəsində gecikdiyimizi bildirib. O, ali məktəblərdən çox məktəbəqədər və texniki peşə təhsil sahəsinə aid qanun layihələrin müzakirəsinin vacibliyini önə çəkib. O, 100 yaşı ötmüş insanlar üçün yardımçı vasitələrin, eləcə də nəqliyyatın ayrılmasını, dərman preparatları ilə təmin olunmasını qeyd edib. E. Axundova məktəblərdən birinin direktorunun bütün məktəbin hər bir şagirdin ailəsindən 150 manat yığmaqla məktəbi təmir etdiyini bildirib. Məsələ ilə bağlı millət vəkili ona zənglər olunduğunu deyib:” Bununla bağlı Təhsil Nazirliyinə zəng edib danışmaq istədim. Nə təhsil naziri, nə müavinləri ilə əlaqə saxlamaq mümkün olmayıb. Halbuki, biz prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyevlə çox asanlıqla əlaqə qururuq. Telefonları özü götürür.