BolgeXeber.Com » Media » Rauf Mirqədirov məhkəməyə qara maskalılarla birgə gəldi

Rauf Mirqədirov məhkəməyə qara maskalılarla birgə gəldi

25-04-2014, 11:05
Oxunub: 4 633 Jurnalist Rauf Mirqədirovu məhkəməyə qara maskalılar gətirdi.

Modern.az saytı xəbər verir ki, hazırda Bakı Apelyasiya Məhkəməsində “Ayna-Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirovun apelyasiya şikayətinə baxılır. Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin hüquqlarını vəkil Fuad Ağayev qoruyur.

R.Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Bir nüçə gün öncə Türkiyədən Azərbaycana deportasiya edilən jurnalist barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.