BolgeXeber.Com » Siyasət » Müxalifətçilərə hökm oxundu

Müxalifətçilərə hökm oxundu

3-10-2011, 16:00
Oxunub: 5 078 Bu gün Səbayel rayon Məhkəməsində 2 aprel aksiyasında həbs olunan şəxslərinin daha bir qrupunun məhkəməsinin yekun iclası keçirilib.

Nahar fasiləsindən sonra ədliyyə işçiləri və polislər məhkəmə binasının önünə yığışan adamları zorla binadan kənarlaşdırıb.2 aprel dustaqlarının məhkəməsinin hökmoxunma mərhələsi qapalı keçirilib.

Məhkəmənin hökmü ilə Arif Hacılı, Məhəmməd Məcidli və Tural Abbaslı 2 il 6 ay müddətində azadlıqdan məhrumetmə, Fuad Qəhrəmanlı isə 2 il müddətinə şərti azadlıqdan məhrum edilib