BolgeXeber.Com » İdman » “Nyukasl” darmadağın oldu (VİDEO)

“Nyukasl” darmadağın oldu (VİDEO)

29-04-2014, 05:10
Oxunub: 3 811 Futbol üzrə İngiltərə çempionatında 36-cı tura yekun vurulub

Son oyun günündə bir qarşılaşma baş tutub.

"Arsenal" öz meydanda "Nyukasl"la qarşılaşıb. London təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edərək turnir cədvəlinin 4-cü pilləsindəki mövqeyini bir qədər də gücləndirib.

Turun digər oyunları əvvəlki günlərdə keçirilib.

İngiltərə Premyer Liqası, 36-cı tur

26 aprel
Sauthempton - Everton - 2:0
Qollar: Alkaras, 1-öz qapısına, Koleman, 31-öz qapısına.

Fulhem - Hall Siti - 2:2
Qollar: Dejaqah, 55, Amorebieta, 58 - Yelaviç, 75, Lonq, 87.

Stok Siti - Tottenhem - 0:1
Qol: Roze, 33.

Suonsi Siti - Aston Villa - 4:1
Qollar: Boni, 10; 90-pen, Şelvi, 26, Çikarito, 73 - Aqbonlahor, 22.

Vest Bromviç - Vest Hem - 1:0
Qol: Berahino, 11.

Mançester Yunayted - Norviç Siti - 4:0
Qollar: Runi, 41-pen; 48, Mata, 63; 73.


27 aprel
Sanderlend - Kardiff Siti - 4:0
Qollar: Uikem, 26; 86, Qyaççerini, 76, Borini, 45-pen.

Liverpul - Çelsi - 0:2
Qollar: D.Ba, 45, Villian, 90.

Kristal Pelas - Mançester Siti - 0:2
Qollar: Dzeko, 4, Y.Ture, 43.


28 aprel
Arsenal - Nyukasl - 3:0
Qollar: Kosçielnı, 26, Özil, 42, Jiru, 66.