BolgeXeber.Com » Analitika » Vaxtı tamam oldu

Vaxtı tamam oldu

3-10-2011, 16:10
Oxunub: 5 598 Təhsil naziri Misir Mərdanov 65 yaşını qeyd edir

Bu gün Azərbaycanın təhsil naziri Misir Mərdanovun 65 yaşı tamam oldu. Bolgexeber.com xəbər verir ki, 1998-ci ildən təhsil naziri vəzifəsində çalışan M. Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olub.

Bu gün M. Mərdanovun 65 yaşının tamam olması hamı üçün təkcə doğum günü və yaxud yubiley olması baxımından o qədər də maraqlı deyil. Daha çox maraqlı olan bir müddət əvvəl qanunda edilən dəyişikliyə görə 65 yaşı tamam olan dövlət qulluqçularının təqaüdə göndərilməsidir. İndi bir sual maraqlıdır. Prezidentin M. Mərdanovun yubileyini təbrik və təqaüdə göndərilməsi sərəncamı nə zaman olacaq?