BolgeXeber.Com » Analitika » Gültəkin Hacıbəyliyə vəzifə təklif edildi

Gültəkin Hacıbəyliyə vəzifə təklif edildi

3-10-2011, 16:20
Oxunub: 5 944 Onun yaxın günlərdə Misir Mərdanovun müavini təyin ediləcəyi gözlənilir

İki dəfə millət vəkili olmasına, Azərbaycanı Avropa Şurasında təmsil etməsinə baxmayaraq bu ilki seçkilərdə gözlənilmədən parlamentdən kənarda qalan Gültəkin Hacıbəyliyə yeni vəzifə təklif olunub. Belə ki, bir necə ay susan və sonradan «Azadlıq» radiosuna sarınan, demokratiya, azadlıqdan danışan hakimiyyətin ən yaxın adamı bu yolla ona qarşı yaranmış soyuq münasibətlərə aydınlıq gətirmək istəyirdi. Deyəsən, bu açıqlamalar və Azadlıq radiosundakı sətiraltı çağırışlar onun yolunu yenidən açıb. Bolgexeber.com-a daxil olan məlumata görə, bir neçə gün əvvəl hakimiyyətin yuxarı eşolonunda əyləşən şəxslərdən biri Gültəkin Hacıbəyli ilə görüşüb. Məlumatda qeyd olunur ki, eks millət vəkilinə daha belə bəyanatlar verməmək tapşırılıb. Üstəlik ona bildirilib ki, müxalifyönlü mətbuata açıqlamalarını dayandırsın. Qarşılığında isə onu bir neçə post təklif edilib. Məlumatda bildirilir ki, təkliflər arasında ən yaxşı vəzifə Təhsil Naziri Misir Mərdanovun müavini postu olub və ehtimal ki, Gültəkin xanım bu posta getmək istədiyini bildirib.

Məlumat üçün bildirək ki, Gültəkin Hacıbəyli üçün bir neçə dəfə yuxarı dairələrdən səfir göndərilməsi xahişləri qəbul olunmamışdı.