BolgeXeber.Com » İdman » "Atletiko"Çempionlar Liqasının finalında

"Atletiko"Çempionlar Liqasının finalında

1-05-2014, 03:55
Oxunub: 4 068 Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub

"Land of fire Azerbaijan" formalı "Atletiko" (Madrid) səfərdə "Çelsi"nin qonağı olub. Oyunda hesabı meydan sahibləri açsa da, madridlilər buna üç qolla cavab veriblər. Görüş 3:1 hesabı ilə "Atletiko"nun xeyrinə başa çatıb. İlk oyunda qolsuz heç-heçə qeydə alındığından bu qələbə "Atletiko"nu finla yüksəldib.

Xatırladaq ki, "Atletiko" həlledici oyunda digər Madrid klubu "Real"la qarşılaşacaq. Bununla da Çempionlar Liqası tarixində ilk dəfə bir şəhərin iki komandası finalda oynayacaq. Final oyunu mayın 24-də Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.

30 aprel

Çempionlar Liqası, yarımfinalın cavab oyunları

23:45. "Çelsi" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 1:3 (İlk oyun - 0:0)
Qollar: Torres, 36 (1:0), Adrian, 44 (1:1), Kosta, 61-pen. (1:2), Arda Turan, 72 (1:3)

29 aprel

"Bavariya" (Almaniya) - "Real" (Madrid, İspaniya) - 0:4 (İlk oyun - 0:1)
Qollar: Serxio Ramos, 16 (0:1), 19 (0:2), Ronaldo, 33 (0:3), 90 (0:4)