BolgeXeber.Com » Siyasət » Fəzail Ağamalı müəllimləri təbrik etdi

Fəzail Ağamalı müəllimləri təbrik etdi

4-10-2011, 17:30
Oxunub: 5 022 Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı 5 Oktyabr müəllimlərin peşə bayramı münasibəti ilə Azərbaycan müəllimlərini təbrik edib. Partiyanın mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan təbrikdə deyilir:

“Əziz Müəllimlər!

Sizləri - zəhmətkeş müəllimlər ordusunu peşə bayramı münasibətilə ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli işinizdə sizlərə can sağlığı və müvəffəqiyyətlər arzu edirəm.

Uşaq və gənclərimizdə milli şüurun, milli qürur və milli-mənəvi dəyərlərin formalaşmasında, ziyalılar ordusunun yetişməsində Siz müəllimlərin əvəzolunmaz xidmətləri vardır. Dövlətimizə, millətimizə göstərdiyiniz xidmətlər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir və təhsil işçilərinə dövlətimizin göstərdiyi diqqət və qayğı bütün sahələrdə özünü ifadə etməkdədir.

Bir daha bayramınızı təbrik edir, müqəddəs fəaliyyətinizdə Sizə uğurlar diləyirəm”.