XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Ad almaq sənətçiyə düşmədi

“Izimə 3 cavan oğlan düşüb”

Xalq artisti Səməd Səmədov “Qismət” qrupunu bərpa edib. Müğənninin “Azadinform”a verdiyi məlumata görə, musiqi qrupunun adı qalmaqla yaradıcı heyəti yenilənib: “Xalq artisti adını alandan sonra izimə 3 cavan oğlan düşüb və axırda biri dözmədi, qayıtdı ki, “xahiş edirik, bizi yoxlayın, siz xalq artistisiniz, sizin kimi ağsaqqallar gənclərə dəstək olmalıdır”.

Bu söz məni tutdu və onları bir yerdə yığıb səslərini yoxladım. Sonra bildim ki, biri Konservatoriyanı, ikisi isə İncəsənət Universitetini bitirib. Bir ay biz studiyadan çıxmadıq. Mən də onlarla oxuyuram. Əvvəlki “Qismət” qrupu ansamblın tərkibində idi. Bizimlə Sevda xanım, sazçalan Vüqar da o qrupda idi”.

Xalq artistinin sözlərinə görə, “Qismət” qrupunun ilk mahnısı artıq hazırdır. Yaxın 10 gün müddətinə “Odlar yurdu Azərbaycan” adlanan mahnı və qrup musiqisevərlərə təqdim ediləcək. Hələlik solo konsert proqramı ilə çıxış etmək istəməyən Səməd Səmədov yeni albomunu pərəstişkarlarına təqdim etmək niyyətindədir. 25 ildən çoxdur sənətdə olan və indiyədək 20 albomu işıq üzü görən müğənninin növbəti musiqi toplusu iki aydan sonra işıq özü görəcək.

Bununla yanaşı, Faiq Sücəddinov, Eldar Mansurov, Novruz Aslana, Nadir Əzimov, Xanım İsmayılqızı kimi tanınmış bəstəkarlarla yeni mahnılar üzərində çalışdığını da bildirən Xalq artisti hələ pərəstişkarlarını bir çox sürprizlə sevindirəcəyini də dedi: “Fəxri ada layiq görülməyimə baxmayaraq, işləyirik. Özümü 65 yaşından çox-çox cavan hiss edirəm. 5 nəvəm, 4 itim var. İtlərlə dənizə gedirəm, qaçıram, futbol, tennis, bilyard oynayıram. İstər idman, istər yaradıcılıq, musiqi ilə bərabər məşğulam. Mən çətin qocalam”.

Bölmə: Şou-Biznes | 04 oktyabr 2011 17:50





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: