BolgeXeber.Com » Bölgə » Kəmaləddin Heydərov sel qaçqinlarina vəd verdi

Kəmaləddin Heydərov sel qaçqinlarina vəd verdi

15-09-2010, 09:45
Oxunub: 5 859

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünən sel daşqınları nəticəsində zərər çəkmiş evlərin bərpası ilə əlaqədar aparılan tikinti işləri ilə tanış olmaq üçün Sabirabada səfər edib.

“Bolgexeber”-nın məlumatına görə, ərazidə aparılan tikinti-bərpa işləri ilə tanış olan nazir jurnalistlərə bildirib ki, işlər qrafik üzrə gedir. Tikinti işlərinin oktyabr ayının sonlarınadək başa çatdırılacağını qeyd edən nazir paralel olaraq təmir işlərinin aparıldığını da vurğulayıb.

“İşlərin qrafik üzrə davam etməsi üçün zəruri olan bütün mal-materiallarla təmin olunur. Təmir-bərpa işləri də sürətlə gedir, əhaliyə yardımlar verilir”.

K. Heydərov əlavə edib ki, bəzi kəndlərdə sel suları gec çəkildiyindən dəyən ziyanın təyin olunması üçün aparılan təhlillər bu həftənin sonuna qədər başa çatacaq. Təhlillər nəticəsində bu kəndlərə yardımlar veriləcək.

Nazir Kür çayının və Sarısu gölünün sahilində bəndvurma və bəndbərkitmə işlərinin davam etdirildiyini də söyləyib.