BolgeXeber.Com » Şou-Biznes » Erməni qizi Bakıya gəlir

Erməni qizi Bakıya gəlir

5-10-2011, 18:00
Oxunub: 5 427 Lusia Mun Ermənistanı təmsil edəcək

Ermənistanı 2012-ci ildə Bakıda keçiriləcək “Avrovizion” yarışmasında Bakı ermənilərindən olduğu bildirilən müğənni Lusiya Mun (Babayans) təmsil edə bilər. Bolgexeber.com erməni saytına istinadən verdiyi xəbərə görə, Los-Ancelosda yaşayan və Ermənistanda tanınmayan Mun təklifi məmnuniyyətlə qəbul edib. Onun sevgi məzmunlu yeni mahnısını da müsabiqəyə təqdim edəcəyi bildirilir.

Lusiya Munun bioqrafiyası haqqında məlumat verən erməni mətbuatı müğənninin uşaqlıq və gənclik illərini Bakıda keçirdiyini, 1988-ci ildə Sumqayıt hadisələrindən sonra ailəsi ilə birgə Ermənistana köçdüyünü qeyd edib.