BolgeXeber.Com » Media » Tanınmış aparıcı “Azercell”dən imtina etdi

Tanınmış aparıcı “Azercell”dən imtina etdi

5-10-2011, 18:15
Oxunub: 3 678 Azərbaycanın tanınmış aparıcısı Səxavət Nur “Azercell Telekom”un xidmətlərindən imtina edib.

Bu barədə Bolgexeber.com-a açıqlama verən aparıcı bildirib ki, şirkətin tariflərindən artıq boğaza yığılıb və bu qərara gəlib: “Mən on ildir ki, “Azercell” abunəçisiyəm. İki il öncə şirkətin Datakartını aldım. Datakartı işlətmədiyim halda “Azercell” məni 50 manat borcum olduğu üçün məhkəməyə verdi. Bu gün məhkəmə keçirildi və məndən faizlə birlikdə 70 manat cərimə etdilər. O qədər əsəb keçirdim ki, məhkəmədədn çıxandan sonra “Azercel” nömrəmi sındırıb tulladım. Artıq bu gündən onun xidmətlərindən imtina edirəm”.

Aparıcının dediklərinə münasibət öyrənmək üçün “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə ilə əlaqə saxladıq. Ülviyyə xanım bildirdi ki, artıq onlarda bununla bağlı məlumat var: “Sadəcə onu deyə bilərəm ki, Səxavət Nur keçən həftə bizim müştəri xidmətlərinə müraciət edib. Şirkətimiz də məsələni araşdırıb bir ay ərzində onun müraciətinə cavab verəcək. Cavablarımız yalnız müştəriyə aid məsələ olduğu üçün onu açıqlaya bilmərəm. Əgər məsləhət bilərsə, Səxavət bəy özü məktubu alandan sonra şirkətin ona nə cavab verdiyini açıqlayar”.