"Lazım olsa, başımı keçəl də edəcəm"-Amaliya Pənahova
4-05-2014, 05:25
Oxunub: 4 776
Xalq artisti Amaliya Pənahova yenidən medianın gündəmindədir.
Aktrisa “ATV maqazin”ə verilişinə açıqlamasında bildirib ki, işinə görə əməliyyat etdirib:
“Amma insanlar isə bunu başa düşmür. Yeni imicimdən danışan aktyor və aktrisalar özlərini şoumenlərlə qarışdırırlar. Onlar gündəmdə qalmaq üçün qeyri-adi nəsə edirlər, şayiələr yayırlar. Lakin müxbirlər bu söz-söhbətlərin kimə yapışıb-yapışmayacağını düşünməlidirlər. Dəyərli aktyorumuz Həsən Məmmədovun saçları erkən ağarmışdı. Bir dəfə gördük ki, saçları qıpqırmızı gəzir. Sənət adamları onu başa düşdü. Adi insanlara bu şok təsiri bağışladı, dedilər ki, kişi başına xına qoyar? Sonra gördük ki, o “İstintaq” filminə çəkilib.
Pənahova bildirib ki, 40 yaşında 75 yaşlı qadın obrazını oynayıb:
“Qərib cinlər diyarında” filminə çəkildim. Orada üzü tüklü, bığlı, yarıçılpaq qadın obrazını canlandırdım, lakin heç kim məni günahlandırmadı. O mən deyildim ki, obraz idi. Sənətimin xatirinə, sevdiyim obraza görə lazım olsa, başımı keçəl də edəcəm. Mən hər şeyi sənətim üçün edirəm”.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər