BolgeXeber.Com » Şou-Biznes » "Eurovision-2014"müsabiqəsinə start verildi

"Eurovision-2014"müsabiqəsinə start verildi

4-05-2014, 07:05
Oxunub: 4 098 Bu gün Danimarkanın Kopenhagen şəhərində "Eurovision-2014" mahnı yarışmasına start verilir.

Rəsmi açılış mərasimi Kopenhagen meriyasının tarixi binasında baş tutacaq. Müsabiqədə 37 ölkədən ifaçılar iştirak edir. Mahnı müsabiqəsi "Join us" - "bizə qoşulduq" devizi altında keçirilir. Yarımfinallar mayın 6 və 8-də keçiriləcək. Final isə mayın 10-da baş tutacaq.

Azərbaycanın bu ilki "Eurovision" mahnı müsabiqəsindəki təmsilçimiz Dilarə Kazımova "Start a fire" mahnısı ilə birinci yarımfinalda 8-ci nömrə altında çıxış edəcək. Qaydalara əsasən hər bir yarımfinaldan finala ən çox səs toplamış 10 iştirakçı keçəcək. Yarımfinalda çıxış edən ölkə vətəndaşları həmin gün səsvermədə iştirak edə bilməyəcəklər.


Bolgexeber.com