BolgeXeber.Com » Şou-Biznes » Hadisə Gəncəyə gəlmək üçün nələr tələb etdi?

Hadisə Gəncəyə gəlmək üçün nələr tələb etdi?

5-05-2014, 11:30
Oxunub: 4 770 ” Konsertdə 1 saat yarım Hadisə, elə o qədər də Mustafa Ceceli oxuyacaq”

Türkiyəli müğənni Hadisənin mayın 7-də Gəncədə konsert verəcəyi ilə bağlı xəbər yazmışdıq.Sənətçi Azərbaycana gəlməzdən əvvəl bəzi tələblər irəli sürüb. Bu haqda müxbirimizlə söhbətində prodüser Tolik deyib:
“Hər ulduz kimi Hadisənin də bəzi tələbləri var, amma o qədər də böyük şeylər deyil. Beş ulduzlu otel, Gəncəni gəzmək, görmək üçün bələdçi tələb edib. Hadisə Gəncəyə 30 nəfərlik musiqiçi heyəti ilə birlikdə gələcək. Rəqqaslarının ikisi Belçikadan, biri isə Hollandiyadandır. Konsertdə 1saat yarım Hadisə, elə o qədər də Mustafa Ceceli oxuyacaq”.
Xatırladaq ki, Hadisə və Mustafa Ceceli, mayın 7-də Gəncədə “Gül bayramı” və ulu öndər Heydər Əliyevin 91 illiyi münasibətilə keçiriləcək xalq konsertində səhnəyə çıxacaq.(axşam.az)