BolgeXeber.Com » Şou-Biznes » Müğənni Kərimi döydülər?

Müğənni Kərimi döydülər?

6-10-2011, 19:05
Oxunub: 5 161 “Lazım olsaydı, mən onlara gücümü göstərərdim”

Dünən Bakı məktəblərindən birində müğənni Kərimin döyülməsilə bağlı məlumat yayılıb. Bolgexeber.com-a daxil olan məlumata görə, 5 Oktyabr Müəllimlər Günü münasibətilə Bakının 98 saylı orta məktəbində konsert proqramı təşkil olunub. Proqrama dəvət edilən müğənnilər siyahısında Kərimin adı olsa da o çıxış etməyərək tədbiri tərk edib. Buna gənc müğənni Elvin Elcan və onun qardaşı ilə aralarında yaranan münaqişə səbəb olub. Belə ki, təqdimatdan razı qalmayan Kərim konsertdə oxumaqdan imtina edib. Hətta münaqişə zamanı Kərimin qarşı tərəfdən fiziki təzyiqlərə məruz qaldığı da deyilir.

Bununla bağlı açıqlama verən Kərim döyülməsi barədə xəbərlərin yalan olduğunu söyləyib: “Məni heç kim döyə bilməz. Lazım olsaydı, mən onlara gücümü göstərərdim. Sadəcə olaraq vəziyyət o həddə çatmamışdı ki, kimsə kimisə döysün. Aramızda kiçik narazılıq oldu, vəssalam”.