BolgeXeber.Com » Media » Azərbaycanda jurnalistin 2 ay ömrü qaldı

Azərbaycanda jurnalistin 2 ay ömrü qaldı

9-05-2014, 16:30
Oxunub: 4 894 Eyvazov Nizami Xəlil oğlunda kəskin Hepatit-B virusu aşkarlanıb. Bu barədə onun yaxınları məlumat verib.

Məlumata görə, həkimlər, təcili əməliyyat olunmazsa, onun 2 aylıq ömrünün qaldığını bildirir. Xəstənin qaraciyəri tamamilə sıradan çıxıb.

Xəstənin yaxınları deyir ki, vəziyyəti ağırlaşan Nizami Eyvazovun köməyə ehtiyacı var:

“Əməliyyat Türkiyə və Almaniyada mümkündür. Xeyirsevər insanlar, imkanınız çatan qədər bir gəncin həyatını xilas etmək üçün kömək edin! Onun həyatda qalması, sizin edəcəyiniz yardımdan asılıdır”.

Qeyd edək ki, İnterAz televiziyasının əməkdaşı olan 25 yaşlı Nizami Eyvazov Cəlilabad rayonundandır.