BolgeXeber.Com » Şou-Biznes » “Eurovision 2014”ün qalibi transseksual oldu-FOTO,VİDEO

“Eurovision 2014”ün qalibi transseksual oldu-FOTO,VİDEO

11-05-2014, 09:10
Oxunub: 4 602 Təmsilçimiz Dilarə Kazımova sonuncu yerlərdə oldu; Azərbaycan 12 xalını Rusiyaya verdi

Mayın 11-də Danimarkanın paytaxtı Kopenhagenin “B and V” arenasında “Eurovision-2014” mahnı müsabiqəsinin final konserti keçirildi. Final şousunda rəqqaslar müsabiqədə iştirak edən ölkələrin bayraqları ilə akrobatik hərəkətlər və maraqlı şou təqdim edildi. Daha sonra müsabiqənin aparıcıları iştirakçı ölkələrin təmsilçilərini səhnəyə dəvət edildilər. Builki şouda hər bir ölkə təmsilçisi səhnədən “B and V” arenada quraşdırılmış gözləmə otağına yola salınırdılar. “Eurovision-2014” şousunun aparıcıları Liza Ronne, Pilo Asbek və Nikolay Koppel müsabiqəni izləyən milyonlarla tamaşaçını salamlayaraq, iştirakçılara uğurlar arzuladlar.

Finalda birincilik uğrunda 26 ölkə təmsilçisi mübarizə aparırdı. Bunlar Ukrayna, Belarus, Azərbaycan, İslandiya, Norveç, Rumıniya, Ermənistan, Çernoqoriya, Polşa, Yunanıstan, Avstriya, Almaniya, İsveç, Fransa, Rusiya, İtaliya, Sloveniya, Finlandiya, İspaniya, İsveçrə, Macarıstan, Malta, Danimarka, Hollandiya, San-Marino və Böyük Britaniya idi. Konsertdə diqqəti cəlb edən əsas məqam isə səhnə arxasındakı monitorlarda nümayiş etdirilən Danimarkadan maraqlı guşələrin görüntüləri oldu.

“Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, yarışmanın finalından bir gün əvvəl münsiflər səs vermişdilər. Final şousu başa çatanadək gizli saxlanılan münsiflərin verdiyi səslər müsabiqənin yekununda tamaşaçı səsləri ilə toplandı. Səsvermə intervalı aktında iyirmi altı ölkənin təmsilçilərinin final şousundakı çıxışlarının ən maraqlı məqamları bir daha nümayiş olundu.

“Eurovision 2014” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında ən çox gündəmdə olan Avstriya təmsilçisi Conçita Vurst oldu. O, 290 xalla birincilik əldə etdi. Saqqalı təmsilçi iştirakçı ölkələrin çoxundan 12 xal aldı. Azərbaycan təmsilçisi Dilarə Kazımova müsabiqədə sonuncu yerlərdə oldu.

Qeyd edək ki, Azərbaycan 12 xalını Rusiyaya, 10 xalını Ukraynaya, 8 xalını isə Macarıstana verdi.