BolgeXeber.Com » Media » Mətbəə "Xural"ı çap etdirməkdən imtina etdi

Mətbəə "Xural"ı çap etdirməkdən imtina etdi

21-10-2011, 12:30
Oxunub: 4 080 Baş redaktor sabah məhkəməyə müraciət edəcək

"Redaksiyanın avadanlıqlarının müsadirə olunmasına baxmayaraq “Xural” qəzetinin sabahkı nömrəsi çapa hazırlanıb" bu sözləri qəzetin baş redaktoru Əvəz Zeynallı deyib. Onun sözlərinə görə, qəzeti çapa apararkən problem yaradılıb.

Belə ki, “Xural”ın nəşr olunduğu “Ekspress-Servis” nəşriyyatı qəzeti nəşr etməkdən imtina edib. Ə.Zeynallı bildirib ki, mətbəə rəhbərliyi heç bir açıqlama verməyib. Buna görə də, o “Xural”ın sabah işıq üzü görə bilməyəcəyini qeyd edib.

Baş redaktor onu da bildirib ki, “Ekspress Servis” mətbəəsi ilə bağlı sabah məhkəməyə müraciət edəcək.