BolgeXeber.Com » Gündəm » Xızı sakini həmyerlisini bıçaqladı

Xızı sakini həmyerlisini bıçaqladı

16-09-2010, 13:10
Oxunub: 6 004
Hadisədə şübhəli bilinən şəxs saxlanılıb

Xızı rayonunda bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Şuraabad qəsəbə sakini, 38 yaşlı Murad Qulami bıçaq yarası ilə xəstəxanaya gətirilib.

Rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Şuraabad qəsəbə sakini 43 yaşlı Amil Ağamirzəyev tutularaq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.