BolgeXeber.Com » Şou-Biznes » Cazibədar müğənni: “Mütləq sponsorun olmalıdır ki…”

Cazibədar müğənni: “Mütləq sponsorun olmalıdır ki…”

17-05-2014, 14:55
Oxunub: 4 528 Müğənni Səbinə Babayeva ölkəxaricində tanınmaq və uğur qazanmaq arzusunda olmadığını deyib.

Publika.az-ın məlumatına görə müğənni Avropa, Rusiya və digər ölkələrdə tanınmaq üçün can atan müğənnilərin sonunda yanıldığını bildirir: “Əslində ölkəxaricində tanınmaq üçün mütləq sənin sponsorun olmalıdır.

Yalnız bundan sonra sən hansısa ölkədə sözünü deyə bilərsən. Mənim heç buna fikrim də yoxdur ki, nə vaxtsa başqa ölkənin musiqi dünyasında özümü sınayım.

Ən yaxşısı öz ölkəmdir. Avropa biz gördüyümüz kimi şirin deyil. Burda perspektiv daha böyükdür”.