BolgeXeber.Com » İdman » "Atletiko" İspaniya çempionu oldu - VİDEO

"Atletiko" İspaniya çempionu oldu - VİDEO

18-05-2014, 09:55
Oxunub: 3 720 Madrid klubunun son olaraq 18 il əvvəl - 1996-cı ildə çempion olmuşdu

İspaniya La Liqasında mövsümün sonuncu turunun oyunları davam edir.Bolgexeber.com-un məlumatına görə ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

Bu gün bütün diqqətlər Barselonanın "Nou Kamp" stadionuna yönəlib. Çempionluq uğrunda yarışda "Barselona" və "Atletiko" (Madrid) klubları üz-üzə gəlib. Bu oyunda "Atletiko"nu bir xal da qane edəcəyi halda, "Barselona" çempion olmaq üçün mütləq qələbə qazanmalı idi Sözügedən qaşılaşma 1:1 hesabı ilə başa çatıb. Beləliklə, "Land of fire Azerbaijan" formalı "Atletiko" La Liqada çempionluğunu elan edib. Madrid klubunun son olaraq 18 il əvvəl - 1996-cı ildə çempion olmuşdu.

Çempionluq şanslarını itirən Madridin "Real" klubu evdə "Espanyol"la qarşılaşıb. Oyun Karlo Ançelottinin komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.Digər görüşdə isə "Valensiya" klubu öz meydanında "Selta Viqo"nu sınağa çəkəcək.

Qeyd edək ki, La Liqada mövsümə sabah keçiriləcək 6 oyunla yekun vurulacaq.