BolgeXeber.Com » Dünya » Hüsnü Mübarək ağladı

Hüsnü Mübarək ağladı

25-10-2011, 14:10
Oxunub: 5 378 Misirin sabiq prezidenti Hüsnü Mübarək Liviya lideri Muammər Qəddafinin öz xalqı tərəfindən döyülərək öldürülməsini əks etdirənə videoçarxa baxaraq hönkürtü ilə ağlayıb.

Bu barədə məlumatı Misirin rəsmi “Əl Ahram” qəzeti səhiyyə işçilərinə istinadən yayıb. Məlumata görə, “Dünya” tibb mərkəzində nəzarətdə saxlanılan və müalicə olunan Hüsnü Mübarəkin ağlamaqdan halı pisləşib. Mübarəkin infarkt hədinə çatdığını görən həkimlər isə müdaxilə edərək ona sakitləşdirici iynə vurublar.

Qeyd edək ki, daha əvvəl İraqın sabiq lideri Səddam Hüseynin mühakiməsinin Ramazan ayında başlamasını və Qurban bayramında edam edilməsini xatırlayan Hüsnü Mübarək bu səbəblə də depressiv sarsıntı keçirmişdi.