BolgeXeber.Com » İdman » Azərbaycan kubokunun sahibi “Neftçi” oldu

Azərbaycan kubokunun sahibi “Neftçi” oldu

23-05-2014, 10:10
Oxunub: 4 300 Paytaxt təmsilçisi qələbəni penaltilər seriyasında qazandı

2013/14 mövsümündə son titulun qalibi “Qəbələ” – “Neftçi” matçında müəyyənləşib.Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda "Neftçi" 6-cı dəfə ölkə kubokun sahibi olubFutbol üzrə Azərbaycan kubokunun sahibi “Neftçi” olub. Bolgexeber.com-un məlumatına görə, Qəbələ şəhərinin eyni adlı komandası ilə keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitib. Penaltilərdən daha yaxşı yararlanan (3:2) Bakının “Neftçi” klubu Azərbaycan kubokunun bu ilki sahibi oldu.Xatırladaq ki, oyununda hesabı 53-cü dəqiqədə “Neftçi”nin oyunçusu Samir Məsimov açmışdır. Qəbələ isə bərabərlik topunu 72-ci dəqiqədə vurmuşdur.