BolgeXeber.Com » Dünya » Türkiyə “Eurovision”a seçimi sərtləşdirib

Türkiyə “Eurovision”a seçimi sərtləşdirib

27-10-2011, 11:25
Oxunub: 5 262 Türkiyənin TRT yayım şirkəti “Eurovision”un milli seçim turlarının strukturunda dəyişiklik edib.

Türkiyə mətbuatı yazır ki, yarışmaya qatılmaq istəyənlərdən öz bəstələri tələb olunacaq. Daha sonra həmin musiqi əsərləri xüsusi komissiya üzvləri tərəfindən dəyərləndirilib, növbəti mərhələyə vəsiqə qazanacaq.

Bundan başqa, son günlərdə Avropada daha çox hansı mahnıların dinlənilməsi ilə bağlı sorğu keçiriləcək. Məhz həmin sorğu əsasında ifaçılar yarışmanın milli seçim turlarına cəlb olunacaq. Finala öncə dörd, sonra iki, ən sonda isə bir iştirakçı vəsiqə qazanmış olacaq. Xəbərdə həmçinin bildirilir ki, “Eurovision-2012"də Türkiyəni təmsil edən namizədlər arasında rok ifaçısı Şebnem Ferah, tanınmış müğənni Hande Yenerin de olacağı gözlənilir.