BolgeXeber.Com » Siyasət » Əliağa Hüseynov Bakıya deputatlıq məsələsini həll etmək üçün gəlib

Əliağa Hüseynov Bakıya deputatlıq məsələsini həll etmək üçün gəlib

17-09-2010, 08:40
Oxunub: 6 276
Deputat olmaq istəyən sabiq baş komissarı paytaxta YAP-ın siyahısına görə çağırıblar

Sabiq baş komissar, hal hazırda Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan general-leytenant Əliağa Hüseynovun deputat olmaq üçün mübarizəyə qoşulduğu artıq təsdiqlənib.

“Bolgexeber”-e daxil olan məlumatda bildirilir ki, keçmiş baş komissar 59 saylı Salyan Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Həm yerli DSK-nın nümayəndələri, həm də icra başçısı məlumatı təsdiqləyib.

Lakin dünən Əliağa Hüseynov gözlənilmədən Bakıya çağrılıb. Bu barədə portalımıza məlumat verən keçmiş baş komissarın yaxın adamlarından biri deyib ki, Ə.Hüseynovun Bakıya gəlişi onun çağırılması ilə bağlı olub. Məqsəd onunla hakimiyyət dairələrinin danışıq aparmaq istəyi və bəzi məsələlərdə müzakirə aparmaq niyyətləridir. Mənbənin sözlərinə görə, icra başçısının deputatlığa namizədliyi YAP tərəfindən də dəstəklənir və bu səbəbdən də onun adı hakim partiyanın məlum siyahısında olacaq.