BolgeXeber.Com » Müsahibə-Reportaj » Erməni deputatından etiraf

Erməni deputatından etiraf

27-10-2011, 12:00
Oxunub: 5 108 “Axı 155 ölkənin prezidentini satın almaq elə də asan deyil”

“Hətta bu halda belə Azərbaycan tərəfinin gücünü qiymətləndirmək lazımdır. Axı 155 ölkənin prezidentlərini və baş nazirlərini satın almaq elə də asan deyil”

“Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycanın BMT-nin qeyri-daimi üzvlüyünə seçilməsindən sonra rəsmi Bakının başladığı yeni təbliğat dalğasına daha aktiv reaksiya verməlidir”. Erməni KİV-nin yaydığı xəbərə görə, bu sözləri Ermənistan Milli Məclisində çıxış edən “Çiçəklənən Ermənistan” partiyasının parlamentarisi Naira Zoqrabyan deyib. O, deyib ki, artıq bu gün rəsmi Bakı iki illik üzvlüyünü, əsasən Dağlıq Qarabağ probleminin müzakirəsinə sərf edəcəyini elan edib: “Ankara da, öz növbəsində elan edib ki, qardaş Azərbaycana yardım göstərəcək. Azərbaycanı seçilməsi münasibəti ilə onu artıq ABŞ hökuməti və Rusiyanın XİN-i təbrik edib. Biz özümüzü inandıra bilərik ki, Azərbaycanın seçilməsi ona heç bir şey qazandıra bilməyəcək və Bakı Təhlükəsizlik Şurasındakı yerini almayıbdır. Hətta bu halda belə Azərbaycan tərəfinin gücünü qiymətləndirmək lazımdır. Axı 155 ölkənin prezidentlərini və baş nazirlərini satın almaq elə də asan deyil” .

Bununla yanaşı, Zoqrabyan qeyd edib ki, bilmək maraqlı olardı ki, bu kampaniyaya qarşı Ermənistan XİN-nin Pan Qi Muna göndərilən, Azərbaycanı ittiham edən gündəlik məktublardan başqa hansı adekvat addım atacaq.