BolgeXeber.Com » Dünya » Qəddafinin basdirilmasi səhnəsi – VIDEO

Qəddafinin basdirilmasi səhnəsi – VIDEO

27-10-2011, 14:25
Oxunub: 6 666 Qəbrinin yeri təhlükəsizlik tədbirləri baxımından gizli saxlanılır


Qəddafi, onun oğlu Mötəssim və keçmiş müdafiə naziri Əbu-Bəkrin basdırılması zamanı çəkilmiş kadrları nümayiş etdirib. Ərəb televiziyası Liviyanın keçmiş lideri Müəmmər Qəddafi, onun oğlu Mötəssim və keçmiş müdafiə naziri Əbu-Bəkrin basdırılması zamanı çəkilmiş kadrları nümayiş etdirib. Videoyazıda 3 tabut, ətrafda dayanan və dua oxuyan insanlar nümayiş etdirilir. Kadrlardan birində öldürülənlərin sifəti iri planda göstərilir. Onlardan biri həqiqətən də Müəmmər Qəddafiyə oxşayır. Videoyazını Birləşmiş Ərəb Əmirliklərinin “Alaan TV” telekanalı göstərib. Hələlik bu kadrların həqiqətən də Müəmmər Qəddafinin dəfn mərasiminə aid olduğu barədə rəsmi təsdiq yoxdur. Bu dəqiqəyə qədər Qəddafİnin taleyi ilə bağlı ancaq belə bir informasiya var ki, o, Liviya səhrasında gizli yerdə basdırılıb. Onun qəbrinin yeri təhlükəsizlik tədbirləri baxımından gizli saxlanılır.


[youtube]http://www.youtube.com/watch?v=ajjNI1Bfruo&feature=player_embedded[/youtube]