300 manat «şirinlik» alan kollec
28-10-2011, 13:15
Oxunub: 7 120
Ağdaş Humanitar Kollecində rüşvətin formaları və qiymətləri konkretləşdirilib
Təhsil sistemində rüşvət və korrupsiyanın tüğyan etdiyi hər kəsə bəllidir. Son dövrlər hakimiyyətin başladığı kampaniyaya görə isə bununla bağlı çeşidli məlumatların mətbuata ünvanlanması intensiv xarakter alıb. Elə ona görədir ki, əksər mətbuat orqanları daxil olan rüşvət və korrupsiya xəbərlərinə daha çox yer vermək məcburiyyətində qalırlar.
Bolgexeber.com xəbər verir ki, rüşvətə aid daha bir məlumat da Ağdaş rayonundan daxil olub. Redaksiyamıza ünvanlanan məlumatda bildirilir ki, Ağdaş Dövlət Humanitar Kollecində əsl bazar qanunları hökm sürür. Belə ki, bu kollecdə rüşvətin miqdarları belə dəqiqləşdirilib.
Məlumatda deyilir ki, Ağdaş Humanitar Kollecində «şirinlik» adı ilə alınan rüşvətin miqdarı 300 manatdır. Tələbə olmaq istəyənlərin valideynlərindən alınan «şirinlik» məcburidir. Amma kollecə qəbul olunan şəxsin verəcəyi rüşvət bununla bitmir. Ondan tələbə bileti alması üçün əlavə 50 manat istənilir. Bir başqa rüşvət yeri isə jurnal satışı ilə bağlıdır. Kollec rəhbərliyinin «təşəbbüsü» nəticəsində meydana çıxan bu rüşvətyığma kampaniyası çərçivəsində jurnallara 10 manat qiymət qoyulub.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə