BolgeXeber.Com » İdman » Bu gün dünyanın ən bahalı dünya çempionatı başlayır

Bu gün dünyanın ən bahalı dünya çempionatı başlayır

12-06-2014, 09:00
Oxunub: 4 304 Bu gün - iyunun 12-də Braziliyada futbol üzrə dünya çempionatı başlayır

32 ölkəni təmsil edən komandalar bir ay ərzində çempionluq uğrunda mübarizə aparacaq.
San Pauluda keçiriləcək ilk matçda Braziliya Xorvatiyanı qəbul edəcək.

Braziliya prezidenti Dilma Rousseff deyib ki, ölkəsi artıq xərclərə, tikintilərin yubanmasına, etirazlara baxmayaraq dünya çempionatına ev sahibliyi etməyə hazırdır. O, ölkəsinin 600 min azarkeşə qucaq açmağa hazır olduğunu söyləyib.
Braziliya 12 stadionun tikilməsi və bərpası, infrastrukturun təkmilləşdirilməsinə 11 milyard dollar xərcləyib. Bu, ən bahalı futbol çempionatı sayılır.
Ancaq bu xərcləmələr etirazlara səbəb olub. Tənqidçilər bu pulun məktəblərə, xəstəxanalara, ictimai nəqliyyata sərf oluna biləcəyini deyiblər.
Hakimiyyət ümummilli etirazların baş verəcəyindən narahatdır. Ötən il oxşar etirazlar FİFA Konfederasiyalar Kubokuna kölgə salmışdı.