BolgeXeber.Com » İdman » Braziliya 3 : 1 Xorvatiya - İlklərlə dolu ilk matç - VİDEO

Braziliya 3 : 1 Xorvatiya - İlklərlə dolu ilk matç - VİDEO

13-06-2014, 07:45
Oxunub: 3 972 Braziliyada təşkil olunan dünya çempionatına start verilib. Bu gecə turnirin açılış matçı baş tutub

San Paulodakı eyni adlı arenada keçirilən qarşılaşmada meydan sahibi Braziliya millimizin AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən olan Xorvatiyanı sınağa çəkib. Oyun braziliyalılar üçün heç də yaxşı başlamayıb. Belə ki, 11-ci dəqiqədə qapını səhv salan Marselo xorvatları sevindirib. Braziliya buna 29-cu dəqiqədə Neymarın qolu ilə cavab verib. Matçın taleyini isə baş hakim Yuişi Nişimura həll edib. Yapon referi 71-ci dəqiqədə Xorvatiyanın qapısına penalti təyin edib. Topa yaxınlaşan Neymar şansını boşa verməyərək, dublunu rəsmiləşdirib. Bundan sonra ruhdan düşən xorvatlar əlavə vaxtda üçüncü qolu da buraxıb. Bu dəfə rəqib qapısına Oskar yol tapıb.
DÇ-2014
Qrup mərhələsi
A qrupu
Braziliya - Xorvatiya 3:1
Qollar: Neymar, 29; 71-pen. Oskar, 90+1 - Marselo, 11 (avtoqol).
Braziliya: Julio Sezar, Daniel Alveş, Tyaqo Silva, David Luiz, Marselo, Halk (Bernard, 68), Paulinyo (Hernanes, 63), Fred, Luka Modriç, Neymar (Ramires, 88), Oskar, Luiz Qustavo.
Ehtiyat oyunçular: Cefferson, Viktor, Fernandinyo, Dante, Maksvell, Henrike, Villian, Jo, Maykon.
Baş məşqçi: Luis Felipe Skolari.
Xorvatiya: Stip Pletikosa, Sime Vrsalyko, İvan Perişiç, Vedran Çorluka, Deyan Lovren, İvan Rakitiç, Nikika Yelaviç (Ante Rebiç, 78), Luka Modriç, Dariyo Srna, İvika Oliç, Mateo Kovaçiç (Marselo Brojoviç, 61).
Ehtiyat oyunçular: Oliver Zelenika, Daniel Subaşiç, Daniel Pranyiç, Oqnen Vukoyeviç, Qordon Şkildenfeld, Milan Badely, Mario Mandzukiç, Sammir, Domaqoy Vida, Eduardo.
Baş məşqçi: Niko Kovaç.
Sarı vərəqələr: Neymar, 27. Luiz Qustavo, 88 - Vedran Çorluka, 66. Deyan Lovren, 70.
Hakimlər: Yuişi Nişimura, Toru Saqara, Toşiyuki Naqi (Yaponiya), Əlirza Fəqani (İran).
San Paulo. "San Paulo Arena".


Qol.az