BolgeXeber.Com » İdman » Hollandiya İspaniyanı darmadağın etdi :5-1 (VİDEO)

Hollandiya İspaniyanı darmadağın etdi :5-1 (VİDEO)

14-06-2014, 08:50
Oxunub: 4 798 Qol sayında hollandların 1 qol “borcu” qalıb

Braziliyada startı verilən dünya çempionatı davam edir. Bu gecə A və B qruplarında oyunlar keçirilirb.B qrupunda Meksika Kamerunla qarşılaşıb və 1:0 hesabı ilə yenib .
Günün əsas oyunu B qrupu çərçivəsində keçirilib. Belə ki, İspaniya və Hollandiya milliləri qarşı-qarşıya gəlib. Bu komandalar DÇ-2010-un finalında qarşılaşıb. Həmin vaxt ispanlar Andres İnyestanın qolu ilə qələbə qazanaraq, dünya çempionu olmuşdu. Bu dəfə isə Hollandiya intiqamını artıqlaması ilə alıb. Belə ki, oyun "narıncılar"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. 27-ci dəqiqədə Xabi Alonso hesabı açıb. Bundan sonra özünə gələn Hollandiya 44-cü dəqiqədə Robin van Persinin qolu ilə bərabərliyi bərpa edib. 53-cü dəqiqədə Aryen Robben hollandları hesabda önə keçirib. 64-cü dəqiqədə Stefan de Vrij fərqlənib. 8 dəqiqə sonra van Persi, 80-ci dəqiqədə isə Robben dublunu rəsmiləşdirib.
Görüşü italiyalı baş hakim Nikola Rizzoli idarə edib. Onun köməkçiləri Renato Faverani və Andrea Stefanidir.
Bu komandalar indiyədək 10 dəfə üz-üzə gəlmişdi. Bu oyunadək üstünlük İspaniyanın tərəfində idi. Belə ki, ispanlar 5, hollandlar 4 dəfə qalib gəlmiş, 1 görüşdə isə heç-heçə olmuşdu. Top fərqində də Pireney yarımadasının təmsilçisi üstün idi - 16:11.

İndi isə qələbə hesabı bərabərləşdi - 5:5. Qol sayında isə hollandların 1 qol “borcu” qalıb - 16:17.